"Sevilya" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer edib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Əndəlüsiya təmsilçisi 32 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. La Liqa klubu bu keçid üçün katalonlara 10,5 milyon avro təzminat ödəyib.
Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avro qarşılığında keçmişdi. Xorvatiyalı futbolçu ötən mövsüm 42 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
