"Monako" "Bayer"in futbolçusunu transfer etdi

12:12 - 2 Sentyabr 2020

Fransanın "Monako" klubu "Bayer"in futbolçusu Kevin Vollandı transfer edib.

 

Sportal.az xəbər verir ki, knyazlıq klubu 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb. "Monako" bu keçid üçün Leverkuzen klubuna 11+4 milyon avro təzminat ödəyib.

 

"Bayer" Almaniya millisinin üzvünü 2016-cı ildə "Hoffenhaym"dan 20 milyon avroya transfer etmişdi.

Xəbər xətti