Niderlandın PSV klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Erediviziya təmsilçisi Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"un müdafiəçisi Filipp Maksı transfer edib.
26 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. PSV bu keçid üçün 10 milyon avro təzminat ödəyib.
"Auqsburq" Maksı 2015-ci ildə "Karlsrue"dən 3,8 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi
