Donni van de Bek "Mançester Yunayted"də

21:00 - 2 Sentyabr 2020

"Mançester Yunayted" "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Beki transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Niderland millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. "Qırmızı şeytanlar" 23 yaşlı oyunçu üçün 45 milyon avro və bonuslar ödəyəcək.

 

"Ayaks"ın yetirməsi ötən mövsüm 37 oyunda 10 qol vurub, 11 assist edib.

Xəbər xətti