İngiltərənin "Börnli" klubundan ayrılan Aaron Lennon karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı vinger "Kayserispor"a transfer olub. Super Liqa təmsilçisinin prezidenti Berna Özbaşı sosial hesabında bu keçidi bəyan edib.
İngiltərə millisinin keçmiş üzvü "Lids", "Tottenhem" və "Everton"da da çıxış edib.
saytlarin hazirlanmasi
