“Neftçi” və “Kəpəz”in keçmiş futbolçusu vəfat etdi

20:20 - 3 Sentyabr 2020

“Neftçi” və “Kəpəz”in veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, keçmiş futbolçu 58 yaşında gözlərini əbədi yumub. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

 

Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. Mirzəyev “Kəpəz”in baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.

Xəbər xətti