"Lester Siti" belçikalı futbolçunun transferini açıqladı

23:32 - 3 Sentyabr 2020

İngiltərənin "Lester Siti" klubu "Atalanta"nın müdafiəçisi Timoti Kastanı transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "tülkülər" 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Premyer Liqa klubu Belçika millisinin üzvünün keçidi üçün 25 milyon avro təzminat ödəyib.

 

Sol cinah müdafiəçisi 55 milyon avro qarşılığında "Çelsi"yə transfer edilən Ben Çilluelin əvəzinə alınıb.

 

"Atalanta" Kastanı 2017-ci ildə "Genk"dən 6,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti