Haverts "Çelsi"də - rəsmi

23:30 - 4 Sentyabr 2020

"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, London təmsilçisi Almaniya millisinin üzvü ilə 5 illik müqavilə bağlayıb.

 

"Zadəganlar" bu keçid üçün 90+20 milyon avro təzminat ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferidir. Haverts illik 10 milyon avro maaş alacaq.

 

Gənc oyunçu 11 yaşında "Bayer"in akademiyasına qoşulub. 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm 35 oyunda 12 qol vurub, 8 məhsuldar edib.

Xəbər xətti