Azərbaycan millisinin hücumçusu Türkiyə klubunda

17:45 - 5 Sentyabr 2020

Azərbaycan millisinin keçmiş futbolçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Türkiyə I Liqa təmsilçisi "İstanbulspor"la 3 illik müqavilə imzalayıb.

 

Özkara ötən mövsümü Almaniyanın Regional Liqa təmsilçisi "Rot-Veis Oberhauzen"də keçirib. Cihan Azərbaycan millisində keçirdiyi 18 oyunda 1 qol vurub.

 

Türkiyəli futbolçu Azərbaycanda "Simurq" klubunun formasını geyinib.

Xəbər xətti