PSJ ispaniyalı qapıçının transfer hüququna yiyələndi

17:58 - 5 Sentyabr 2020

PSJ ötən mövsüm "Sevilya"dan icarəyə götürdüyü Serxio Rikonunun transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı qolkiperlə 4 illik müqavilə imzalanıb.

 

Paris təmsilçisi 27 yaşlı qapıçının transferi üçün 6 milyon avro təzminat ödəyib.

Xəbər xətti