"Nyukasl"da yeni hücumçu

17:36 - 7 Sentyabr 2020

İngiltərənin "Nyukasl" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "sağsağanlar" "Bornmut"un futbolçusu Kallum Uilsonu transfer edib. İngiltərə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

 

"Nyukasl" 28 yaşlı hücumçunun keçidi üçün 22,25 milyon avro təzminat ödəyib.

 

Uilson 2014-cü ildə "Koventri"dən "Bornmut"a 3,5 milyon avroya keçmişdi. Hücumçu Premyer Liqada keçirdiyi 126 oyunda 41 qol vurub, 16 məhsuldar ötürmə edib.

Xəbər xətti