Xames Rodriqes "Everton"da - rəsmi

23:19 - 7 Sentyabr 2020

İngiltərənin "Everton" klubu "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesi transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Liverpul təmsilçisi 29 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib. Onun illik maaşı 4 milyon funt-sterlinq olacaq.

 

"Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Xames paytaxt klubunda keçirdiyi 125 oyunda 37 qol vurub, 42 məhsuldar ötürmə edib, 9 titul qazanıb.

Xəbər xətti