"Mançester Siti" müdafiəçisini "Leyptsiq"ə icarəyə verdi

12:29 - 9 Sentyabr 2020

"Mançester Siti" müdafiəçisi Anxelinonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu Almaniyanın "Leyptsiq" klubunda 1 il icarə əsasında çıxış edəcək.

 

İspan futbolçu ötən mövsümü də Bundesliqa təmsilçisinə keçirib.

 

"Mançester Siti" Anxelinonu 2013-cü ildə "Deportivo"dan 4,5 milyon avroya transfer edib. 2018-ci ildə PSV ispaniyalı futbolçunu 5,5 milyon avroya transfer etmişdi. "Şəhərlilər" müqavilənin şərtlərinə uyğun olaraq, futbolçunu 2019-cu ilin yayında 12 miliyon avroya geri qaytarmışdı.

Xəbər xətti