Rafael "Başakşəhər"də

12:55 - 9 Sentyabr 2020

Son Türkiyə çempionu "Başakşəhər" "Lion"dan ayrılan sağ cinah müdafiəçisi Rafael da Silvanı transfer edib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

 

Rafael 5 mövsüm oynadığı "Lion"da 139 qarşılaşmaya çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2008-ci ildə əkiz qardaşı Fabio da Silva ilə birlikdə "Fluminense"nin akademiyasında "Mançester Yunayted"ə keçmişdi.

Xəbər xətti