"Bayer" Patrik Şiklə müqavilə imzaladı

14:34 - 9 Sentyabr 2020

"Bayer" "Roma"nın hücumçusu Patrik Şiki transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Leverkuzen təmsilçisi çexiyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Bundesliqa klubu bu keçid üçün 26,5 milyon avro təzminat ödəyib.

 

"Roma" Şiki "Sampdoriya"dan 2017-ci ildə 40 milyon avroya transfer etmişdi.

 

24 yaşlı hücumçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Leyptsiq"in heyətində Bundesliqada 22 oyunda 10 qol vurub.

Xəbər xətti