"Qalatasaray" Etebonu açıqladı

11:28 - 10 Sentyabr 2020

Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Stok Siti" klubundan Oqhenekaro Etebonu 675 min avro qarşılığında 1 illik icarəyə götürüb. "Sarı-qırmızılar" Nigeriya millisinin üzvünü mövsümün sonunda 7,5 milyon avroya transfer etmək hüququna sahibdir.

 

"Stok Siti" 24 yaşlı yarımmüdafiəçini 2018-ci ildə Portuqaliyanın "Feyrensi" klubundan 7,2 milyon avroya transfer edib. Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.

Xəbər xətti