Belçika millisinin üzvü "Başakşəhər"lə müqavilə imzaladı

14:35 - 10 Sentyabr 2020

Türkiyə çempionu "Başakşəhər" daha bir transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "narıncılar" "Monako"nun cinah futbolçusu Naser Şadlini transfer edib. Belçika millisinin üzvü İstanbul klubu ilə 1+1 illik müqavilə imzalayıb.

 

31 yaşlı oyunçu ötən mövsüm icarə əsasında Belçika təmsilçisi "Anderlext"də oynayıb. "Monako" Şadlini 2018-ci ildə "Vest Bromviç"dən 12 milyon avroya transfer etmişdi.

Xəbər xətti