"Portu"dan "Vulverhempton"a

14:46 - 10 Sentyabr 2020

İngiltərənin "Vulverhempton" klubu daha bir transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "canavarlar" "Portu"nun hücumameyilli yarımmüdafiəçisi Vitinyanı rənglərinə bağlayıb. Premyer Liqa klubu portuqaliyalı futbolçunu 18 milyon funt-sterlinqlik satın alma şərti ilə 1 illik icarəyə götürüb.

 

Vitor Ferreyra "Portu"nun yetirməsidir.

Xəbər xətti