PSJ "Roma"nın müdafiəçisini icarəyə götürdü

15:29 - 10 Sentyabr 2020

"Roma" müdafiəçisi Alessandro Florensini icarəyə verib.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, İtaliya millisinin üzvü Fransanın PSJ klubuna keçib. 29 yaşlı sağ cinah futbolçusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Florensi "Roma"nın yetirməsidir. O, ötən mövsümün ikinci yarısını İspaniyanın "Valensiya" klubunda oynamışdı.

Xəbər xətti