"Lion"un futbolçusu "Fulhem"ə keçdi

01:10 - 11 Sentyabr 2020

İngiltərənin "Fulhem" klubu "Lion"un sağ cinah müdafiəçisi Kenni Teteni transfer edib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Londonlular bu keçid üçün 3,2 milyon avro təzminat ödəyib. Əgər "Fulhem" Teteni gələcəkdə 10 milyon avrodan baha qimətə satsa, "Lion"a 10 faiz pay ödəyəcək.

 

"Lion" niderlandlı futbolçunu 2017-ci ildə "Ayaks"dan 4 milyon avroya transfer etmişdi.

 

 

Xəbər xətti