"Monako"da italiyalı qapıçı

12:45 - 12 Sentyabr 2020

Fransanın “Monako” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, knyazlıq təmsilçisi İngiltərənin "Ridininq" klubundan ayrılan taliyalı qapıçı Vito Mannoneni heyətinə qatıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Mannone son mövsümü icarə əsasında Danimarka təmsilçisi "Esbyerq"də keçirib. "Atalanta"nın yetirməsi "Arsenal", "Barnsli", "Hall Siti", "Sanderlend" kimi klublarda çıxış edib.

Xəbər xətti