Azərbaycan Ordusu daha 7 kəndi erməni işğalından azad edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tvitter hesabında bildirib. Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib.
Daha əvvəl Madagiz kəndinin işğaldan azad olunduğu bildirilmiş, İlham Əliyev kəndin tarixi adının bərpa edilərək Suqovuşan adlandırılması barədə qərar vermişdi.
saytlarin hazirlanmasi
