La Liqa klubundan yeni transfer

12:43 - 5 Oktyabr 2020

"Athletik" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az Bilbao klubunun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Torino"dan Aleks Berenqeri heyətinə qatıb. Bu barədə Bilbao klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

"Osasuna"nın yetirməsi olan Berenqer 2017-ci ildən "Torino"da çıxış edirdi.

Xəbər xətti