Millimizlə oyun üçün yeni futbolçu çağırıldı

16:58 - 5 Oktyabr 2020

Millətlər Liqasının IV turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasına yeni futbolçu cəlb olunub.

Sportal.az xəbər verir ki, hazırda ölkəsinin AEK (Larnaka) klubunda çıxış edən Tomas İoannu komandaya qoşulub. 25 yaşlı müdafiəçi yığmaya gəlməkdən imtina edən İngiltərənin “Nottinqem Forest” klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.

Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək, bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.

Xəbər xətti