"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Fiorentina"nın vingeri Federiko Kyezanı icarəyə götürüb. 23 yaşlı oyunçu 2021/22 mövsümünün sonuna qədər "ağ-qaralar"ın uğurları üçün tər tökəcək. "Qoca sinyora" icarə haqqı kimi bu mövsüm üçün 3 milyon avro, növbəti sezon üçün isə 7 milyon avro olmaqla ümumilikdə 10 milyon avro ödəyəcək.
İcarə müddəti bitdikdən sonra Turin klubu Kyezanı satın almalıdı. Bu isə "Yuventus"a 40 milyon avroya başa gələcək. Futbolçunun performansından asılı olaraq bonus kimi daha 10 milyon avro ödənə bilər.
"Fiorentina"nın yetirməsi olan Kyeza 2016-cı ildən "bənövşəyilər"in əsas komandasında çıxış edir.
