"Qarabağ"ın sabiq forvardı İsveçrə klubunda

10:16 - 6 Oktyabr 2020

"Qarabağ"ın sabiq forvardı İnnosent Emeqara karyerasını İsveçrədə davam etdirəcək.

Hücumçu ikinci liqada çıxış edən "Vintertur" klubunda çıxış edəcək. Bu barədə futbolçunun özü sosial şəbəkə hesabında məlumat verib. 

Qeyd edək ki, Emeqara ötən mövsümü Türkiyənin "Fatih Karagümrük" komandasında keçirib.

Xəbər xətti