Kavani "Mançester Yunayted"də

10:43 - 6 Oktyabr 2020

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi bu yay PSJ-dən ayrılan və azad agent statusu daşıyan uruqvaylı hücumçu Edinson Kavanini transfer edib. 33 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kavani 2013-cü ildən PSJ-də çıxış edirdi. O, Paris təmsilçisində 301 oyun keçirib, 200 qol, 43 məhsuldar ötürmə müəllifi olub.

Xəbər xətti