İsrafilov həbs edilə bilər - məhkəmə qarşısına çıxacaq

12:52 - 6 Oktyabr 2020

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.

Sportal.az "Futbolbalear.es"ə istinadən xəbər verir ki, o, 2016-cı ildə "Eybar"da çıxış edərkən komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. Hazırda "Albasete"də oynayan Eddidən başqa həmin futbolçular da məhkəmə qarşısına çıxacaq. 

Günahları sübut olunacağı təqdirdə İsrafilovun 3 il, digərləri isə 5 il müddətində azadlıqdan məhrum edilməsi mümkündü. Bundan başqa, onlar təzminat da ödəməli olacaqlar.

Məsələylə bağlı məhkəmə iclası oktyabrın 14-də keçiriləcək.

Xəbər xətti