"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Makkabi" (İsrail) heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi ispaniyalı müdafiəçi Luis Hernandesi heyətinı qatıb. 31 yaşlı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb. Ötən mövsümü "Malaqa"da keçirən "Makkabi"yə azad agent kimi keçib.
Luis Hernandes "Real"ın akademiyasının yetirməsidi.
"Qarabağ" Avropa Liqasının İ qrupunda "Makkabi" ilə yanaşı, İspaniyanın "Vilyarreal" və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.
