"Qarabağ" hücumçu axtarışında

15:00 - 6 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Sportal.az xəbər verir ki, hazırda Ağdam klubunun əsas hədəfi hücumçu almaqdı. "Atlılar"ın heyətində hücumun sivri ucunda oynaya biləcək yalnız iki futbolçu var: Mahir Emreli və Kvabena Ovusu. Ovusu da əsasən cinah oyunçusu olduğu üçün "Qarabağ" irəli xətti gücləndirmək məqsədi ilə yeni frorvard axtarışındadı.

"Qarabağ" Avropa Liqasının İ qrupunda "Vilyarreal" (İspaniya), "makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor"la (Türkiyə) mübarizə aparacaq.

Xəbər xətti