AFFA "Keşlə"yə texniki məğlubiyyət verdi

15:23 - 6 Oktyabr 2020

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun I turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Keşlə-2” klubunun 37 nömrəli futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Oyunun 46-cı dəqiqəsində “Keşlə-2” klubunun 78 nömrəli oyunçusunun yerinə  protokolda adı qeyd olunmayan 54 nömrəli oyunçu meydana daxil olduğu üçün hesab olduğu kimi qalaraq “Keşlə-2” klubuna texniki məğlubiyyət verilir və klub 400 manat cərimələnir;

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

Oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;

“Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Sabah-2” klubunun 60 nömrəli futbolçusu Abbas Ağazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

 “Qaradağ Lökbatan” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;

“Qaradağ Lökbatan” komandasının “A” buraxılış vəsiqələri olmadığı üçün klub 80 manat cərimələnir;

“Zaqatala” – “Turan Tovuz” oyununda “Zaqatala” klubunun 28 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Turan Tovuz” klubunun 9 nömrəli futbolçusu Vidadi Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Turan Tovuz” klubunun 20 nömrəli futbolçusu Elmir Tağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Zaqatala” – “Turan Tovuz” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimələnir.

Xəbər xətti