Ermənistan- Gürcüstan oyunun yeri dəyişdirildi

01:39 - 7 Oktyabr 2020

UEFA Millətlər Liqasının üçüncü turunun Ermənistan - Gürcüstan oyununun yeri dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma bölgədəki vəziyyətlə bağlı Polşada oynanılacaq.Ermənilər 3 gün sonra isə Estoniyanın qonağı olacaq.

 

Qeyd edək ki, daha əvvəl UEFA Millətlər Liqasının IV turunda Azərbaycan və Kipr yığmaları arasındakı matçın Albaniyada keçirilməsinə qərar verib. 

Xəbər xətti