"Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb"

00:56 - 7 Oktyabr 2020

“Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

“Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”.

Xəbər xətti