"Yuventus"un Çempionlar Liqası üçün iştirak ərizəsi

10:58 - 7 Oktyabr 2020

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

Sportal.az xəbər verir ki, klubla müqavilısini ləğv edəcəyi gözlənilən Sami Xediranın salınmadığı siyahıda 23 futbolçunun adı yer alıb.

Qapıçılar: Voyçex Şensnı, Karlo Pinsolyo, Canluici Buffon
Müdafiəçilər: Corco Kyellini, Matteys de Liqt, Aleks Sandro, Danilo, Xuan Kuadrado, Leonardo Bonuççi, Merih Demiral, Canluka Frabotta
Yarımmüdafiəçilər: Artur, Aaron Remzi, Ueston Makkenni, Adrien Rabyo, Rodriqo Bentankur, Manolo Portanova, Deyan Kuluşevski
Hücumçular: Kriştiano Ronaldo, Alvaro Morata, Paulo Dibala, Federiko Kyeza, Federiko Bernardeski

Turin təmsilçisi qrup mərhələsində "Barselona", ​​Kiyev "Dinamosu və "Ferensvaroş"la mübarizə aparacaq.

Xəbər xətti