Ermənistan millisinin üzvü Varazdat Aroyanın yalanı üzə çıxıb.
Sportal.az xəbər verir ki, bölgədəki vəziyyətlə bağlı Ermənistan ordusuna qoşulmaq və cəbhəyə yollanmaq bəhanəsi ilə Yunanıstanın "Larisa" komandasına keçməkdən imtina edən 28 yaşlı müdafiəçi "Tambov"la razılıq əldə edib. O, yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Varazdat Aroyan son olaraq Rusiyanın “Ural” klubunda forma geyinib.
saytlarin hazirlanmasi
