"Azərbaycanla harda oynamağımızın fərqi yoxdu" - federasiya rəsmisi

15:02 - 7 Oktyabr 2020

Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Millətlər Liqasında Azərbaycan yığması ilə oyunun yerinin dəyişdirilərək, Albaniyaya salınmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, indiki məqamda matçın harda keçirilməsinin fərqinin olmadığını söyləyib:

"Azərbaycanla Albaniyada oynayacağıq. Məncə, indi məkanının heç bir fərqi yoxdu. Çünki stadionlarda azarkeşlər olmur, hər iki tərəf üçün şərtlər eynidi".

Azərbaycan - Kipr matçı oktyabrın 13-də keçiriləcək.

Xəbər xətti