"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının "Bidvest Uits" klubundan Rouen Hümanı transfer edib. Bu barədə "Makkabi"nin rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
