Millinin rəqibində koronavirus aşkarlandı

17:18 - 7 Oktyabr 2020

Millətlər Liqasının III turunda Azərbaycan millisini qəbul edəcək Monteneqro yığmasının bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportal.az Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, həmin oyunçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.

Oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Xəbər xətti