Millinin rəqibinin heyətində dəyişiklik

13:17 - 8 Oktyabr 2020

UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasənın heyətində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, omandanın baş məşqçisi Yohan Valem yarımmüdafiəçilər Xaris Kiriaku və İoannis Kostisi qarşıdakı görüşlərin hazırlıqlarına daxil etməyib. Beləliklə, toplanışda cəmi 24 futbolçu qalıb.

Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, oktyabrın 13-də isə Albaniyada Azərbaycanla qarşılaşacaq. Ötən gün yoxlama matçında Çexiya ilə üz-üzə gələn kiprlilər 1:2 hesabı ilə uduzub.

Xəbər xətti