"Vulverhempton" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Anje" klubunun sol cinah müdafiəçisi Rayan Ait Nurini icarəyə götürüb. 19 yaşlı Əlcəzair əsilli fransalı futbolçu mövsümün sonuna qədər İngiltərədə oynayacaq.
"Anje"nin yetirməsi olan futbolçu 2016-cı ildən bu klubun əsas komandasındadı.
