Ben Arfa Fransaya qayıtdı

16:57 - 8 Oktyabr 2020

Hatem Ben Arfanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Valyadolid"dən ayrılan 33 yaşlı oyunçu Fransa Liqa-1 təmsilçisi "Bordo"ya keçib. Bu barədə klubun saytı məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə qol çəkib.

Ben Arfa bu ilin yanvarından oynadığı "Valyadolid"in heyətində La Liqada 5 matçda meydana çıxıb.

Xəbər xətti