İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

21:19 - 8 Oktyabr 2020

"Milan"ın futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.

 

Sportal.az xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

 

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. 39 yaşlı hücumçunun A Seriyasının IV turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti