"Liverpul"dan qapıçı transferi

12:40 - 9 Oktyabr 2020

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, son İngiltərə çempionu "Fluminense"nin qapıçısı Marselo Pitaluqanı transfer edib. 18 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bu transfer üçün "Liverpul"un Braziliya klubuna 750 min avro ödədiyi bildirilib.

arselo Pitaluqa 2019-cu ildə Braziliya U-17 millisi ilə dünya çempionu olub.

Xəbər xətti