Monteneqro millisinin üzvü: "Meydana 3 xal üçün çıxacağıq"

17:51 - 9 Oktyabr 2020

Monteneqro millisinin üzvü Aleksandar Bolyeviç Millətlər Liqasının qrup mərhələsinin III turunda sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, meydana 3 xal üçün çıxacaqlarını deyib:

"Millətlər Liqasının ilk iki turunda - Kipr və Lüksemburqa qarşı səfər oyunlardına 6 xal qazandıq. Mübarizəyə yaxşı bir başlanğıc etmək və maksimum performans göstərmək olduqca vacibdi. Ancaq əldə edilənlərdən razı qalmamalıyıq, çünki sonrakı dövrdə bizi daha böyük sınaqlar gözləyir. Növbəti rəqibimiz Azərbaycan olacaq. Tamamilə sabahkı oyuna köklənmişik və məqsədimiz aydındı. Evdə oynayırıq, özümüzə və keyfiyyətimizə güvənirik. Buna görə də meydana növbəti 3 xal üçün çıxacağıq. Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyik”.

Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər xətti