"Beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi"

18:44 - 9 Oktyabr 2020

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Slovakiya – Azərbaycan (2:1) oyunu ilə bağlı millimizin baş məşqçisi Milan Obradoviç fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, beynəlxalq oyunların azlığının komandaya təsir etdiyini deyib:

“Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm”.

Xəbər xətti