"İnter"in daha 3 futbolçusu koronavirus yoluxub.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin qapıçısı Andrey İonut Radu və yarımmüdafiəçiləe - Roberto Qalyardini ilə Raca Naynqqolanın test nəticəsi müsbət olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan futbolçuların karantinə alındığı və xüsusi nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
A Seriyası təmsilçisində daha öncə müdafiəçi Alessandro Bastonidə və Milan Şkrinyarda koronavirus aşkarlanmışdı.
