Canni De Byazi: "Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu"

21:05 - 10 Oktyabr 2020

UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan (2:0) oyunundan sonra yığmanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, rəqibin yaratdığı azsaylı imkanlardan maksimum istifadə etdiyini bildirib:

“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik.

Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandı. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.

Xəbər xətti