"Qarşımızda aqressiv futbol təklif edən komanda var idi"

21:28 - 10 Oktyabr 2020

UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Faruk Hacibeqiç fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, yığmamızın aqressiv futbol təklif etdiyini söylətib:

“Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdı. Meydançanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldı ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.

Xəbər xətti