"Neftçi" yoxlama oyunu keçirəcək

22:10 - 10 Oktyabr 2020

Premyer Liqanın VI turunun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Qəbələ" ilə qarşılaşacaq. Görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək. Məlumatı klubun mətbuat xidməti yayıb.

“Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər xətti