Əliyar Ağayev Millətlər Liqası oyununda

14:45 - 11 Oktyabr 2020

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, Millətlər Liqasında Bolqarıstan - Uels matçını idarə edəcək. Ağayevə yan xətlərdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək. Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq.

14 oktyabr B Liqasının IV qrupunda Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlanacaq.

Xəbər xətti